Ana səhifə
20 İyun 2018

“Qarabağ Vyana” baş məşqçisi ilə yollarını ayırıb

Avstriyada fəaliyyət göstərən “Qarabağ Vyana” futbol klubu baş məşqçi Volkan Kahramanla yollarını ayırıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılaşma əsasında son verilib.

“Qarabağ Vyana”nın baş direktoru Ramin Şükürov baş məşqçinin istefasını belə şərh edib: “Volkan hər zaman “Qarabağ” ailəsinin üzvü kimi qalacaq. Hər şeyə görə ona minnətdarıq və xidmətlərini unutmayacağıq”.

Qeyd edək ki, Avstriyanın III Liqasında çıxış edən "Qarabağ Vyana" XVII turda "Mannsdorf"a 1:2 hesabı ilə uduzub. Hazırda bu komanda 27 xalla 8-ci pillədə qərarlaşıb.

Tarix
14 Mart 2018 [11:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin