Əfqanıstanda partlayış olub, azı 6 polis ölüb

10:18 - 14 Mart 2018 - DÜNYA

Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb. 

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələlik heç bir terroçu qruplaşma üzərinə götürməyib. 

Xəbər xətti