Ana səhifə
21 Avqust 2018

Azərbaycanda Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Yel çərşənbəsidir.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ilin axır çərşənbələrindən üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi də tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü mərhələsini əks etdirir. Hesab edilir ki, əgər torpaq və su insan yaradılışının maddi əsasını təşkil edirsə, od və yel bu materialın yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
 

Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
 

İnanclara görə, bu çərşənbədə oyanan yel, külək suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. var. Novruz şənliklərində icra olunan Yel baba mərasimi qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
 

Qədim inanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Yeli əsdirəni söyməzlər.
 

Qeyd edək ki, bu il ölkəyə yazın gəlişi martın 20-də saat 20:15:30-da baş verəcək.

Tarix
13 Mart 2018 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin