İngilis klubu baş məşqçini istefaya göndərdi

20:35 - 13 Mart 2018 - İDMAN

İngiltərənin “Sautqempton” klubu baş məşqçisi Mauriso Pelleqrino ilə yollarını ayırıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yerləşdirilib.
 

Argentinalı baş məşqçi ötən yay bu postda Klod Pyuelyanı əvəz etmişdi. O, komanda ilə 3 illik müqavilə bağlamışdı.
 

Qeyd edək ki, 30 turdan sonra “Sautqempton” 28 xalla 17-ci pilləni tutur.

Xəbər xətti