Türkiyə günə dəhşətli qəza ilə başladı — 6 ölü, 19 yaralı

09:58 - 13 Mart 2018 - DÜNYA

Türkiyənin Çorum vilayətinin Osmancık rayonunda sərnişin avtobusu yolun kənarında dayanan yük maşınına çırpılıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Yaralılar təcili yardım maşınları ilə ətrafdakı xəstəxanalara çatdırılıblar.
 

İstanbuldan Tokata səfər edən sərnişin avtobusu səhər saatlarında yol kənarında dayanan yük maşını ilə toqquşub. Qəzadan sonra avtobus alovlanıb. Yanğından mühafizə idarəsinin işçiləri alovu söndürüblər.

İstintaq başlayıb.


Xəbər xətti