Ana səhifə
19 İyun 2018

2 milyard təşkil edib... - Nazirlər Kabineti açıqladı

Dövlət Neft Fondunun 5 il ərzində daşınmaz əmlaka və qızıla yatırdığı aktivlərin siyahısı məlum olub.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı məlumat Nazirlər Kabinetinin 2017- cı il hesabatında bildirilib.
 

Bildirilir ki,  Fond Londonun West End səmtində, Seynt Ceyms 78 ünvanında yerləşən dəyəri 190 milyon funt sterlinq təşkil edən ofis kompleksinə, Moskva şəhərinin Tverskaya 16 ünvanında yerləşən və dəyəri 3,6355 milyarda Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis –ticarət kompleksinə, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən , dəyəri 180,5 milyon avro təşkil edən daşınmaz əmlak kompleksinə , Cənubi Koreyanın Seul şəhərinin 203 Eurojiro2-ga, Jung-gu ünvanında yerləşən və dəyəri 53, 018 milyard yapon yeni təşkil edən ticarət mərkəzinə, İtaliyanln Milan şəhərinin Via Meravigli 7 ünvanında  yerləşən  və dəyəri 99,6 milyon avro təşkil edən  “Palazzo Turati” ofis  binasına investisiya edib. Bundan əlavə, “PGİM Real Estate” , “AXA İnvestment Management”, “PAG Real Estate”, “E-Shang Redwood”, “Gaw Capital Partners”, “Blackstone Real Estate”, “Walton Street Capital”  və “Blackrock Fund Managers Limited” şirkətləri tərəfindən idarə olunan fondlara investisiyalar edib. Həmçinin “PGİM Real Estate”, “Blackrock Managers Limited”, “Walton Street Capital” , “Gaw Capital Partners” ilə birlikdə bir sıra daşınmaz əmlak obyektlərinə birgə investisiyalar edilib. Neft Fondunun daşınmaz əmlak  komplekslərinə investisiyaların ümumi məbləği 1,9 milyard ABŞ dolları təşkil edib. 
 

Eyni zamanda, Fond tərəfindən alınmış qızılın ümumi çəkisi 30174,9 kq və yaxud 1,3 milyard ABŞ dolları təşkil edib.

Tarix
12 Mart 2018 [17:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin