Ana səhifə
16 Noyabr 2018

Çin Xalq Respublikasının sədri postuna seçkilərdə məhdudiyyət ləğv edilib

Bu gün Çin Xalq Nümayəndələri Yığıncağı bir şəxsin iki dəfədən artıq Çin Xalq Respublikasının sədri və müavini postlarına seçilməsinə qadağanı nəzərdə tutan Konstitusiya müddəasının ləğv edilməsini dəstəkləyib.

 

"Ucnoqta.az"-ın  APA-ya istinadən verdiyi məlumata görə, indiyə qədər Konstitusiyaya əsasən eyni şəxslər Çin Xalq Respublikasının sədri və müavini postuna iki dəfədən artıq seçilə bilməzdi.

 

Beləliklə, bundan sonra Çin Xalq Respublikasının sədri Çin Xalq Nümayəndələri Yığıncağında hər dəfə 5 il müddətində olmaqla, məhdudiyyət olmadan seçilə biləcək.

 

Konstitusiyaya edilən digər düzəlişdə isə qeyd edilib ki,  Çin yeni dövrdə Si Tszinpinin sosializmin Çin xüsusiyyətləri ideyasına uyğun inkişaf edəcək.

Tarix
11 Mart 2018 [19:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin