"Şimali Koreya ilə danışıqlar çox uğurlu olacaq" Tramp

18:29 - 11 Mart 2018 - DÜNYA

ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inlə danışıqlarda “böyük uğur” əldə edəcəyində əmin olduğunu bildirib.

 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

 

“Hesab edirəm ki, bizi böyük uğur gözləyir”,-deyə Tramp bildirib.
 

Daha öncə Donald Tramp Şimali Koreyanın sülh arzuladığını bəyan edib.

 

Xatırladaq ki, martın 9-da Cənubi Koreyanın nümayəndəsi Trampın Kim Çen Inlə 2018-ci ilin may ayınadək görüş keçirməyə razılıq verdiyini bildirib.

 

Sonradan Ağ Ev məlumatı təsdiq edib.

Xəbər xətti