Misirdə 16 terrorçu məhv edilib

16:40 - 11 Mart 2018 - DÜNYA

Misir hərbçiləri son 4 gündə keçirdikləri "Sinay-2018" irimiqyaslı antiterror əməliyyatı zamanı 16 terrorçunu məhv ediblər.

 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bu barədə ordunun məlumatında bildirilir.

 

Qeyd edilir ki, öldürülənlərdən 4-ü təhlükəli ekstremistlər olub. Onlar Sinay yarımadasının mərkəzi hissəsində məhv ediliblər.

 

Daha 12 terrorçu isə Sinayın digər hissəsində öldürülüb.

Xəbər xətti