Yerə nəhəng asteroid yaxınlaşır

14:32 - 10 Mart 2018 - DÜNYA

Bu gün gecə saatlarında Yer planetinə Eyfel qülləsi böyüklüyündə asteroid yaxınlaşacaq.

 

"Ucnoqta.az"ın “oxu.az”-a istinadən xəbərinə görə, bu barədə “Daily Star” NASA mütəxəssislərinə istinadən məlumat yayıb.

 

Şərti olaraq “2018 CB” adlandırılmış asteroid Qrinviç vaxtı ilə 22.30-da (Bakı vaxtı ilə 01:30-da) yerə ən yaxın məsafədən keçəcək.

 

Saniyədə 8 kilometr sürətlə uçan asteroid planetimizə 63 min kilometrə qədər yaxınlaşacaq.

 

Alimlər planetlə toqquşma riskinin olmadığını bildirir.

Xəbər xətti