Afrində kritik nöqtə terrorçulardan təmizləndi

11:52 - 9 Mart 2018 - DÜNYA

Türk Silahlı Qüvvələrinin Suriyanın Afrin şəhərində keçirdiyi hərbi əməliyyat nəticəsində Maranez kəndi terrorçulardan azad edilib.

"Ucnoqta.az"  “Ölkə.Az”a istinadən xəbər verir ki, PKK/PYD terrorçuları 4 ildir ki, kəndə nəzarət edir.
 

Əməliyyat nəticəsində kənd və bir qovşaq azad edilib. Türk ordusu 72 şəhidin xatirəsinə 72 qırıcı ilə Afrin kəndlərindəki terrorçu hədəflərinə bomba yağdırıb. “Azad Suriya Ordusu” ilə birlikdə keçirilən əməliyyat nəticəsində 150-dən çox kənd və strateji nöqtə terrorçulardan təmizlənib. Qərb və şimal cəbhələrində irəliləyən ordu Afrinin mərkəzinə yaxınlaşıb.

Xəbər xətti