Ana səhifə
18 Noyabr 2018

Avropa Parlamenti Azərbaycandakı seçkiləri müşahidə etməyəcək

Avropa ParlamentiAzərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb.
 
Bəyanatda deyilir ki, seçkiləri müşahidə etməyəcəyi üçün AP nə proses, nə də daha sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək: “AP-nın heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.
 
 
Bəyanatda deyilir ki, Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək və yalnız bu hesabat AP-nin bu məsələ ilə bağlı mövqeyini əks etdirəcək.

Tarix
9 Mart 2018 [10:27]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin