Gürcüstanın baş naziri Azərbaycana gələcək

19:20 - 9 Mart 2018 - SİYASƏT

Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili martın 11-də Azərbaycana səfər edəcək.
 

"Ucnoqta.az" Oxu.Az-a istinadən xəbər verir ki, səfər çərçivəsində Gürcüstan hökumətinin başçısı Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
 

Görüşlərdə Azərbaycan və Gürcüstanın birgə iştirakı ilə regionda həyata keçirilən layihələr, regional təhlükəsizlik, ikitərəfli münasibətlərin inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq.

Xəbər xətti