“Sumqayıt”ın prezidenti postuna 3 namizəd var

15:06 - 7 Mart 2018 - İDMAN

“Sumqayıt” klubunun president postuna 3 namizəd var.  


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda AFFA-nın baş katibi Elxan Məmmədov keçirdiyi mətbuat konfransında məlumat verib. 
 

O, namizədlərdən birinin milli komandamızın sabiq meneceri Riad Rəfiyev olduğunu açıqlayıb: “Ancaq digər 2 namizədin adını açıqlaya bilmərəm. Çünki bu etik cəhətdən düzgün olmazdı. Sadəcə, Riad Rəfiyevlə bağlı mənə sual olduğundan onun namizədliyini təsdiqlədim”.
 

Xatırladaq ki, “Sumqayıt” klubunda ötən ay Kamran Quliyev “Neftçi”yə yeni prezidenti təyin olunduqdan sonra bu vəzifənin müvəqqəti icrası vitse-prezident Vaqif Ömərova tapşırılıb.

Xəbər xətti