Müharibə olsa, KTMT separatçı Qarabağ rejiminə kömək etməyəcək — Rusiyalı generaldan AÇIQLAMA

11:38 - 7 Mart 2018 - SİYASƏT

Qondarma Dağlıq Qarabağ rejimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyil və Stepanakertə hərbi dəstək verilməyəcək.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bunu KTMT birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoliy Sidorov Moskva-Yerevan-Astana-Bişkek-Minsk tele körpüsündə “KTMT üzvü ölkələrinin təhlükəsizliyi” mövzusunda çıxışı zamanı deyib.
 

General qeyd edib ki, təşkilat müqaviləni Ermənistanla imzalayıb. Bu səbəbdən Yerevan qarşısında öhdəlikləri var.
 

Bununla yanaşı Sidorov qeyd edib ki, Azərbaycanla Ermənistan arasında vəziyyət kifayət qədər gərgindir. Amma bu gərginlik bir-birinin paytaxtını işğal edəcək səviyyədə deyil.
 

General vurğulayıb ki, KTMT-nin bu və ya digər münaqişəyə müdaxilə etmək səlahiyyəti yoxdur.

Xəbər xətti