Ana səhifə
24 İyun 2018

Nazirlər Kabineti deputatlara CAVAB VERDİ: Mənzillərə dəm qazı detektoru belə quraşdırılmalıdır

Nazirlər Kabineti deputatların dəm qazından ölən insanların sayının artmasınn qarşısının alınması ilə bağlı təkliflərinə cavab verib. Belə ki, deputatlar Milli Məclisdə təklif ediblər ki, “Azəriqaz” İstehsalar Birliyi qaz xətləri yeni qurulan zaman evlərdə sayğacla yanaşı, dəm qazını hiss  edən avtomatik təhlükəsizlik qurğusu da yerləşdirsin.

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, Nazirlər Kabineti bunu mümkün saymayıb.
 

Hökumətin cavabında bildirilib ki, dövlət vəsaiti və yaxud SOCAR-ın vəsaiti hesabına aparılan yeni qazlaşdırılma işləri məişət qaz sayğacının və mənzilə giriş qaz xəttinin quraşdırılması ilə məhdudlaşır. 
 

“Mövcud qanunvericiliklə mənzildaxili qaz paylayıcı şəbəkəsinin qurulması, qaz işlədici cihazların qoşulması və qaz detektorunun quraşdırılması istehlakçının sifarişi və öz vəsaiti hesabına müvafiq sahədə xüsusi icazəsi (lisenziyası) olan podrat təşkilatlar tərəfindən icra olunur”,-deyə Nazirlər Kabineti bildirib.

Qeyd edək ki, son illər Azərbaycanda dəm qazınından boğulub ölən vətəndaşların sayı kəskin şəkildə artıb. Xüsusilə qış mövsümündə mənzillərdə tez-tez ölüm halları baş verir. Sonuncu belə dəhşətli hadisə isə dünən Sumqayıtda bir ailədən 6 nəfərin ölməsilə baş verib.

Tarix
6 Mart 2018 [11:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin