Prezident SOCAR-a 100 milyon manat ayırdı

18:45 - 5 Mart 2018 - SİYASƏT

Azərbaycan prezidenti İlham Əliyev yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən bildirir ki, 2018-ci ilin sonuna kimi ölkədə qazlaşma səviyyəsinin 95 faizə çatdırılması istiqamətində işlərin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.41.1-ci yarımbəndində göstərilmiş məbləğin 100 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ayrılıb. Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli, Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşmənin təmin edilməsi tapşırılıb.

Xəbər xətti