Ana səhifə
24 Sentyabr 2018

Azərbaycanda kriminal aləmin 31 avtoriteti tutulub

2017-ci ildə həyata keçirilən tədbirlər nəticəsində kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2017-ci ilə dair hesabatında qeyd edilib.
 

Hesabata görə, ötən il məhkəmə, istintaq və təhqiqat orqanlarından yayınan 3415 nəfər (2016-cı ilə nisbətən 13 faiz çox) təqsirləndirilən şəxs tutulub. İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilən 76 nəfərin yeri müəyyən olunub. Bütövlükdə axtarış işinin göstəricisi 71.4 faiz təşkil edib.

Hesabat dövründə müxtəlif cinayətlər törədən 13 min 822, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 2 min 454 şəxs məhkəmə məsuliyyətinə verilib.

Ötən il əməliyyat-axtarış tədbirləri nəticəsində, 1028 cinayətkar qrup zərərsizləşdirilib, kriminal aləmdə tanınan 31 şəxs cinayət məsuliyyətinə cəlb olunub, polis əməkdaşlarına silahlı müqavimət göstərən 2 nəfər məhv edilib.

Tarix
5 Mart 2018 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin