Şabranda qətlə yetirilən hərbi xidmətə çağırışçı gənclə bağlı — ŞOK FAKTLAR

11:32 - 5 Mart 2018 - HADİSƏ

Şabran rayonunda itkin düşən kimi qeydiyyatda olan gəncin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

"Ucnoqta.az" xəbər verir ki, mərhumun atası Siyasət Əzimovun “Ölkə.Az”a verdiyi  açıqlamaya görə, oğlu 2000-ci il təvəllüdlü Elton Əzimov fevral ayının 23-də itkin düşüb, 26 tarixində isə polisə müraciət edib. Martın 3-də isə yaşadıqları Xəlifələr kəndi yaxınlığındakı dağlıq ərazidə oğlunun meyiti tapılıb:
 

“Hadisənin nədən baş verdiyi bizədə məlum deyil. 1 aydan artıq idi ki, Şabranda mənimlə birgə üzüm sahəsində işləyirdi. Heç bir problemi yox idi”.
Qeyd edək ki, Elton Əzimov uşaq ikən anası rəhmətə gedib, bundan sonra atası başqa qadın ilə ailə həyatı qurub. E.Əzimovu kənddə nənəsi böyüdüb. Yanvar ayında hərbi xidmətə getməli idi, ayağında yanıq xəsarəti oduğundan əskərliyə aparmayıblar. Aprel ayında əskər getməli idi. 
 

Faktla bağlı Şabran rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində istintaq və əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.

Xəbər xətti