Gürcüstan XİN Azərbaycana başsağlığı verib

15:29 - 2 Mart 2018 - SİYASƏT

Gürcüstan Xarici İşlər Nazirliyi Bakıda Narkoloji Dispanserdə baş vermiş yanğınla bağlı Azərbaycan tərəfinə başsağlığı verib.

 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, məktubun mətni Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yerləşdirilib.

 
“Yanğın zamanı ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk, xəsarət alanlara isə tezliklə sağalmağı arzulayırıq. Gürcüstan Azərbaycanın bu çətin anlarında onun yanındadır”,- deyə məktubda qeyd olunub. 

Xəbər xətti