ABŞ polad və alüminium idxalına gömrük rüsumu tətbiq edəcək

19:20 - 2 Mart 2018 - DÜNYA

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, polad və alüminiuma idxalına gömrük rüsumu tətbiq ediləcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, gömrük dərəcələri polad üçün 25%, alüminium üçün isə 10% olacaq. 

"Bu qərar uzun müddət qüvvədə olacaq",- deyə D.Tramp bildirib. Prezident həmçinin qərarın növbəti həftədən qüvvəyə minəcəyini qeyd edib.

"Polad və alüminium sənayemiz, həmçinin digər sektorlar on illərlə məhv edilib. Buna səbəb, ədalətsiz ticarət şərtləri və düşünülməmiş ticarət anlaşmaları olub", - deyə Prezident "Twittter" sosial şəbəkəsindəki profilində bildirib.

ABŞ qərarı, xarici ticarət kəsirini azaltmaq istəyi ilə izah olunur. "Report"un analitik qrupu bildirir ki, ABŞ-ın başladığı proteksionist ticari siyasət, digər ölkələrin iqtisadiyyatına mənfi təsir edəcək. Bu ölkələrin adekvat addım atması qlobal ticarətin həcmini azalda, ümumiyyətlə qlobal iqtisadi artımı zəiflədə bilər. 

Xəbər xətti