Ana səhifə
21 Noyabr 2018

Viktor Yuşenko Azərbaycana səfərə gələcək

Ukraynanın sabiq prezidenti Viktor Yuşenko mart ayında Azərbaycana səfər etməyi planlaşdırır.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, V.Yuşenkonun martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumunda iştirak edəcəyi nəzərdə tutulur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forumda Albaniya prezidenti İlir Meta, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Türkiyənin baş naziri Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu və digər dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları iştirak edəcək. Forumun işində, ümumilikdə, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri də daxil olmaqla 500 nəfərə yaxın qonağın iştirakı gözlənilir.

Tarix
1 Mart 2018 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin