Qazaxıstan millisinə yeni baş məşqçi təyin olunub

00:25 - 2 Mart 2018 - İDMAN

Futbol üzrə Qazaxıstan milli komandasına yeni baş məşqçi təyin olunub.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, uğursuz nəticələri səbəbindən qovulan rusiyalı Aleksandr Borodyukun əvəzinə bolqarıstanlı Stanimir Stoilov gətirilib. 51 yaşlı mütəxəssisin qarşısına Millətlər Liqasında uğurlu çıxış vəzifəsi qoyulub. Təyinat rəsmən yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, Stanimir Stoilov 2014-cü ildən "Astana" klubunun baş məşqçisi olub. O, qısa müddətdə Qazaxıstan klub futbolu tarixində ən uğurlu baş məşqçiyə çevrilib. Stoilov komandaya Qazaxıstan çempionluğu qazandırmaqla yanaşı, Çempionlar Liqasında qrup mərhələsi və Avropa Liqasında 1/16 final həyəcanı yaşadıb. Təcrübəli mütəxəssis 2007-ci ildə Bolqarıstan yığmasında baş məşqçi səlahiyyətlərini icra edib, 2009-2010-cu illərdə isə baş məşqçi olub.

Xəbər xətti