“Kritı Araz”ın dəstəsi məhkəmə qarşısında

16:47 - 28 Fevral 2018 - HADİSƏ

Quldur dəstəsi yaratmaqda təqsirləndirilən kriminal aləmdə "Kritı Araz" kimi tanınan Araz Fərəcov və dəstə üzvləri Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev, Elməddin Şahbazov, Eltən Əliyev, Xəyyam Qurbanlının cinayət işi üzrə məhkəmə başlayıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 
 

İttihama görə, Araz Fərəcov  Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəəssisəndə cəza çəkərkən 2016-ci ilin dekabrın ayında əvvəldən tanıdığı Vüqar Musayev və digərləri ilə mütəşəkkil dəstə təşkil ediblər. 
 

Dəstə üzvləri Bakıda və bölgələrdə  yayayış yerlərini talamaq məqsədilə oğurluq və quldurluq hadisələri törədiblər. İttihamda qeyd edilib ki, bütün bunları Araz Fərəcov koordinasiya edib.

 

2017-ci aprelin 14-də Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyatı zamanı  Vüqar Musayev, Renad Zahirov, Namiq Babayev saxlanılıb.
 

Onlar mütəşəkkil dəstənin həbsdə olanda Araz Fərəcov tərəfindən yaradıldığı bildiriblər. Araz Fərəcovdan başqa Elməddin Şahbazov da həbsxanada ola- ola bu cinayətkar dəstənin üzvü olub. O da işləri içəridən koordinasiyya edib.
 

İttihama münasibət bildirən Araz Fərəcov özünü təqsirli bilməyib. O, bildirib ki, onun bu işlə bağlı heç bir günahı yoxdur: "Mən həbsdə olanda DTX-ya apardılar. İki ay orda məni saxladılar. Sonra aparıb sanksiya verdilər. Mən bu adamların heç birini tanımamışam. Heç kimdən pul tələb eləmişəm, heç kimdən pul almamışam. Dəstə falan da yaratmamışam".
 

Araz Fərəcovun sözlərinə görə, yatdığı kamerada telefon tapılıb:

"Ədliyədə Nazirliyindən axtarış gəlib. Kameranı yoxladılar. İki telefon və aksesuarlar tapılıb. Mən heç kimdən pul tələb eləməmişəm. Kim mənim haqqımda nə danışıb, "duxu" varsa, gəlib üzümə desin. Nədi, indi "srok"um qutarır deyə, gərək 15 il artırasınız? Mənim günahım yoxdur".
 

Daha sonra ifadə verən Vüqar Musayev bildirib ki, yazıb-oxumağı bilmirəm: "İstintaq da mənim adımdan çox şey yazıblar. Mən Arazdan tapşırıq filan almamışam. Oğurluqda olmuşam. Xaçmazda, Saatlıda, Binədə olan oğurluq hadisələrində iştirak eləmişəm. Binədən qızıl zinət əşyaları götürdük".
Digər təqsirləndirilən Namiq Babayev  bildirib ki, heç bir oğurluq hadisəsinində iştirak etməyib: 

"Mənim Vüqarla dostluğum olub. Birlikdə  idmana getmişik. Sadəcə mən onları maşınla aparmışam. Lakin mən aparıb düşürmüşəm. Özüm taksi sürücüsü olmuşam. Onların oğurluq elədiklərindən xəbərim olmayıb". 
 

Təqsirləndirilən Namiq Babayev ifadəsində heç bir oğurluq hadisəsində iştirak etmədiyini, yalnız taksi sürücüsü kimi fəaliyyət göstəriyini deyib:" Vüqarla dost olmuşuq. Birlikdə məşqə getmişik. Birgə iş qurmaq niyyətimiz vardı. Vüqar da idmançıdır. Mən özüm firma rəhbəri olmuşam, əvvəllər dizayner işləmişəm. Son vaxtlar isə işlərimiz zəifləmişdi. Ona görə də sürücülük edirdim. Vüqargili öz maşınımla Binəyə aparmışam. Mənim onların nə işlə məşğul olduqlarından məlumatım olmayıb".

 

Təqsirlındirilən Eltən Əliyev ifadəsində göstərib ki, maşından tapılan silahın ona aidiyyatı olmayıb. Həmin silah dostuna məxsus olub: "Vüqar mənim dostumdur.  Vüqarla birlikdə Binəyə getmişik. Oğurluğa aidiyyatım olmayıb. Polis maşını saxlayıb yük yerində lingi görəndə dedim ki, usta maşınıdır".
Prokurorun " sən "razborka" işlərinə baxırsan? sualına Eltən Əliyev "xeyr, mən təsadüfən orada olmuşam, heç nədən xəbərim olmayıb"- cavabı verib. 
Xəyyam Qurbanlı ifadəsində zərərçəkmiş Zemfira Qədirovanın anasının qohumu olduğunu deyib:" Burda heç kimi tanımıram, bircə Vüqarı tanımışam. Bir dəfə gedib evin yerini göstərmişəm. Səhv hərəkət etmişəm. Zenfira anamın xalası qızı olub".


Zərərçəkmiş Zenfira Qədirova ifadəsində qohumundan şikayətçi olmadığını deyib :"Oğlum onkoloji xəstədir. Bu uşaqların hamısına Allah ruzi versin, onun-bunun qapısına göz dikməsinlər".

Məhkəmə prosesi martın 9-da davam edəcək.

Xatırladaq ki, Araz Fərəcov kriminal aləmdə "Kritı Araz"kimi tanınır. Onun mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin tərəfdarlarından olduğu qeyd edilib.

Xəbər xətti