Ana səhifə
19 Dekabr 2018

Azərbaycanda daha 11 qanunsuz miqrant saxlanılıb

Dövlət Miqrasiya Xidmətinin (DMX) qanunsuz miq­ra­siyaya qarşı keçirdiyi təd­birlər za­ma­nı 5 nə­fər Hindistan, 3 nəfər Pakistan, 2 nə­fər Banqladeş və 1 nəfər Əfqanıstan və­­tən­da­şı olmaqla, ümumilikdə 11 nə­fər əcnəbi sax­­­la­nılıb.


"Ucnoqta.az" "Report"-a istinadən xəbər verir ki, araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub.


Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib.


Bununla da əcnəbilər tərəfindən Azərbaycan Res­publikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb.

Tarix
28 Fevral 2018 [14:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin