Prezident və xanımı Mehriban Əliyeva Mingəçevirə səfər ediblər

12:16 - 27 Fevral 2018 - ÖLKƏ İÇİ

Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir şəhərinə səfər ediblər.

 
"Ucnoqta.az" xəbər verir ki, prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər. Dövlət başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoyublar.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verib.

Xəbər xətti