Ana səhifə
26 Sentyabr 2018

Sumqayıt təxribatı və Xocalı faciəsinin əsas məqamları “Bizim Planet”də

Ölkə ictimaiətinin və mediyanın hər il fevral ayının sonlarında əsas diqqət mərkəzinə yönəldiyi Sumqayıt hadisələri və Xocalı soyqırımı "Bizim Planet” verilişinin bu dəfəki buraxılışında öz əksini tapıb.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun  təqdim etdiyi analitik verilişin bu dəfəki qonaqları millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirov, siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə və siyasi şərhçi Aydın Quliyev olub. "Bizim Planet” in növbəti müzakirəsində 30 illik tarixi olan Sumqayıt hadisələri və 26 illik umummili faciəmiz olan Xocalı genosidinin önəmli məqamalarına toxunulub. 

Mövzularla bağlı diskursiyanı açıq elan edən Rufiz Qonaqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları məhz Sumqayıt hadisələri ilə başlamışdır. Məkirli ermənilər bu iddiaya başlamazdan əvvəl ilk növbədə azərbaycanlıları öz tarixi torpaqlarından deportasiya etməyə başlamış, elə bu ərəfədə digər bir təxribat- 1988-ci il 22 fevral tarixində Ağdam-Əsgəran yolunda Əli Hacıyev və Bəxtiyar Quliyevin öldürülməsi azərbaycanlılara ağıq təsir etmişdir. Münaqişənin ilk qurbanları gələcəkdə azərbaycanlılara qarşı törədiləcək kütləvi terror aktlarının xəbərçiləri idi. Rufiz Qonaqov vurğulayıb ki, Sumqayıt hadisələri xaricdən idarə olunan xüsusi təyinatlı orqanların törətdiyi bir cinayət idi ki, erməni adı altında baş verən bu təxribat Ermənistanın Azərbaycana qarşı yürütdüyü separatçı siyasətin əsasını təşkil edir.

Millət vəkili Eman Nəsirov tarixi faktlara əsasən çıxış edərək diqqətə çatdırıb ki, Sumqayıt hadisələri birbaşa Ermənistan rəhbərliyi, Sovet İttifaqı rəhbərliyi, Sovet İttifaqı Dövlət Təhlükəsizliyi Komitəsinin təşkilatçılığı ilə həyata keçirilmiş xüsusi və düşünülmüş bir təxribatdır. Dağlıq Qarabağı işğal etmək üçün bir əsas lazım idi.  Bu iddianı həyata keçirtmək üçün ən mühüm amil kimi sübut etməyə çalışırdılar ki, azərbaycanlılarla ermənilər bir arada dinc şəkildə yaşaya bilməzlər və nəhayət belə bir təxribat törədilməlidir. Birləşmiş qüvvələrin strateji məqsədi Azərbaycanın işğalı, Sumqayıt təxribatı isə həmin işğalı həyata keçirtmək üçün bu “mühüm əsası” yaratmalıydı deyə Eman Nəsirov qeyd edib.

Siyasi elmlər üzrə fəlsəfə doktoru Vüqar Rəhimzadə hadisələri uzun illər planlaşdırılmış ssenari kimi dəyərləndirərək bildirib ki, bu planlar Moskvanın, M.S.Qarbaçov siyasətinin ilk addmları idi. 

“Bu hadisələrin arxasında tarix boyu Azərbaycana qarşı davamlı həyata keçirilən etnik separatçılıq dayanırdı”- deyə siyasi şərhçi Aydın Quliyev vurğulayıb. O, qeyd edib ki, Azərbaycan xalqına qarşı həyata keçirilən geniş miqyaslı terror aktları Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bir dəfəlik dayandırılıb. 
Veriliş boyu müzakirələrdə xüsusi diqqətə çatdırılıb ki, hadisələr baş verməzdən əvvəl rus və erməni jurnalistlərin Sumqayıta gəlməsi və düşünülmüş təxribatın istədikləri kimi işıqlandırılması, bu məkirli siyasətin nəyə əsas verdiyini sübuta yetirir. Bütün məsələlərdə olduğu kimi ermənilər tarixi təhrif edərək, öz planlarına uyğun şəkildə bu hadisələri də dünyaya çatdırmağa çalışıblar. Sumqayıt hadisələrindən 30 il keçməsinə baxmayaraq onun qaranlıq məqamları hələ də qalmaqdadır. Nəticədə onu görmək olur ki, ermənilər öz çirkin niyyətlərindən bu cür qarışıq məqamlarda bütün dövrlərdə istifadə ediblər. Və bunun da kökündə tarix boyu göz qoyduqları Azərbaycan torpaqlarının işğalını təxribatçı əməlləri ilə ört-bastır etmək niyyəti dayanır. Belə vəziyyətlərdən yararlanan bu xalq görünür, nə qədər qanlı proseslərə imza atıb ki, bu da strateji erməni təxribatlarının tərkib hissəsindən biridir. 
"Bizim Planet” verilişində  diqqətə çatdırılan digər mövzu isə tarixi faciəmiz olan Xocalı soyqırımı idi. Bildirilib ki, Xocalı soyqırımı- erməni təcavüzkarları tərəfindən XX əsrin sonlarında Azərbaycan xalqına qarşı törədilən ən ağır cinayətdir. Bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən hesab olunan Xocalı faciəsindən 26 il ötür. Soyqırımın tanıdılması və bu faciəyə beynəlxalq səviyyədə siyasi qiymətin verilməsi istiqamətində dövlətimiz tərəfindən mühüm addımlar atılıb. Heydər Əliyev tərəfindən Xocalıyla bağlı sənədlərin BMT sədrinə ünvanlanması ilə bu terror aktı ilk dəfə dünya ictimaiyyətinə çatdırılmışdır. Həmin siyasət illər sonra  Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış olan "Xocalıya ədalət!" kampaniyası çərçivəsində lazımınca davam etdirilir. Dövlətimizin apardığı beynəlxaq siyasət sübut etməyə çalışır ki bu genosid təkcə Azərbaycan xalqına qarşı deyil, bütün dünya üçün həyata keçirilən bir cinayətdir. Buna görə də dünya ictimaiyyəti artıq dərk etməlidir ki, Erməsitan dövləti və onun həyata keçidiyi separatçı siyasətin qarşısı alınmalıdır.

Bildirilib ki, beynəlxalq tribunalarda bu gün Ermənistan hakimiyyətinə başçılıq edən şəxslər həmin terror aktını törədən cinayətkar qrupun başında dayanır. Buna görə də dünya birliyi Ermənistanın əsil iç üzünü tanıyıb, buna əsasən qərar verməlidir. Avropa separatizmlə mübarizə apardığı bir dövrdə necə ola bilər ki bu separatçı qrupla dostluq etsin?
 

BMT-nin 4 əsas qətnaməsi, İƏT-in çoxsaylı sənədləri və digər beynəlxalq təşkilatların saysız-hesabsız qətnamələri Ermənistanı cinayətkar bir dövlət kimi tanıyıb. Lakin hələ də bu cinayəti törədənlər haqqında beynəlxalq arenada lazımi hüquqi cavab verilməyib. Buna baxmayaraq Azərbaycan dövləti bu cinayətə qarşı öz haqlı mövqeyindən çəkilmədən mübarizə aparmaqda davam edir. Bu siyasətin gec olmadan öz ədalət yerini tapacağına şübhə yoxdur. Çünki güclənməkdən olan Azərbaycan dövlətinin əksinə, məhvə doğru sürüklənən Ermənistan öz daxili və xarici siyasəyinin süqutunu dərk etməkdədir. 

Tarix
27 Fevral 2018 [10:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin