ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib

19:22 - 27 Fevral 2018 - DÜNYA

ABŞ Liviyaya qarşı sanksiyaları genişləndirib.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə nazirliyinin xarici aktivlərə nəzarət idarəsinin bəyanatında deyilir.
 

Bəyanatda qeyd edilir ki, yeni sanksiyalar neft məhsullarının qanunsuz satışı ilə məşğul olan özəl qurumlara və şəxslərə yönəldilib. Sanksiya siyahısına 6 fiziki şəxs, 24 şirkət və 7 gəmi daxil edilib: "Qanunsuz neft satışı Liviyanın suverenliyini pozur, qara bazarı genişləndirir və qeyri-sabitliyin daha da artmasına səbəb olur".
 

Sanksiyalar həmçinin ABŞ vətəndaşlarına və amerika təşkilatlarına bu şəxslər və qurumlarla əməkdaşlıq etməyi qadağan edib.

Xəbər xətti