Səudiyyə Ərəbistanında opera səhnələşdiriləcək

01:35 - 24 Fevral 2018 - DÜNYA

Səudiyyə Ərəbistanında islahatlar davam edir.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, 35 illik fasilədən sonra kinoteatrların açılmasından sonra indi də ilk dəfə “Anter və bacı” adlı opera səhnələşdiriləcək.

Səudiyyə Ərəbistanında 2016-cı ildə qurulan “Əyləncə Qurumu”na aid “Əyləncə Gündəliyi” adlı internet səhifəsində Ər-Riyaddakı universitetlərin birində cümə və şənbə günləri yeni operanın səhnələşdiriləcəyi haqqında məlumat var.

Opera sevgidən bəhs edir və ərəb dilində olacaq. Tamaşa çərçivəsində şerlər oxunacaq, bədəvi həyatına dair detallarla paltarların tandemi sərgilənəcək.

Xəbər xətti