Türkiyə terrorçuların 40 maşından ibarət kortejini vurdu - Fotolar

11:38 - 23 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələri Afrinə yaxınlaşan 40 avtomobildən ibarət PKK-YPG və İŞİD qüvvələrinə məxsus korteji raketlə vurub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, silah və sürsatla dolu kortejin məhv edilməsi ilə bağlı görüntüləri Baş Qərargahın rəsmi saytında və sosial şəbəkə hesablarında paylaşıb. 
 

Qeyd edək ki, TSQ-nin bu gün açıqladığı rəqəmlərə göeə, Afrində öldürülən terrorçu sayı 1873-ə çatıb. 


Xəbər xətti