Ana səhifə
21 İyun 2018

Cüdoçularımız Düsseldorfda "Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır

Bu gün Azərbaycan cüdoçuları Almaniyanın Düsseldorf şəhərlərindəki "Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaqlar.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, 3 gün davam edəcək yarışın ilk günündə qadınlar 3, kişilər 2 çəki dərəcəsində çıxış edəcəklər. 
 

Qadınların yarışında yalnız Aişə Qurbanlı qüvvəsini sınayacaq. 1/16 final mərhələsindən mübarizəyə başlayacaq 48 kq çəkili cüdoçunun ilk rəqibi ispaniyalı Culiya Figeroa olacaq. 52 kq və 57 kq çəkilərdə azərbaycanlı xanım cüdoçu olmayacaq. 
 

Kişilərdən isə 60 kq çəkidə Vüqar Şirinli yarışacaq. Mübarizəyə 1/16 finaldan qoşulacaq Şirinlinin ilk rəqibi almaniyalı Morits Plafki olacaq. 
 

Yeni - 66 kq çəki dərəcəsində çıxış edəcək Orxan Səfərovun ilk qarşılaşması 1/32 finala təsadüf edəcək. O, filippinli Şugen Nakano ilə üz-üzə gələcək. Azərbaycanın bu çəkidəki digər təmsilçisi Nicat Şıxəlizadə isə 1/16 final mərhələsindən mübarizəyə qoşulacaq. O, Qavin Moqopa (Bostvana) - Boqdan Yadov (Ukrayna) cütünün qalibi ilə görüşəcək. 
 

Fevralın 24-də qadınlar 63 kq və 70 kq, kişilər 73 kq və 81 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Ertəsi gün isə qadınlar 78 kq və +78 kq, kişilər isə 90 kq, 100 kq və + 100 kq çəki dərəcələrində yarışacaqlar.
 

Qeyd edək ki, Azərbaycan yarışda 12 cüdoçu ilə təmsil olunur. Kişilərdən Vüqar Şirinli (60 kq), Nicat Şıxəlizadə və Orxan Səfərovdan (hər ikisi 66 kq) əlavə, Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Tural Səfquliyev, Məmmədəli Mehdiyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), qadınlardan isə Aişə Qurbanlı (48) ilə yanaşı, İrina Kindzerska (+78 kq) mübarizə aparacaq.

Tarix
23 Fevral 2018 [10:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin