Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi işdən çıxarıldı

16:00 - 22 Fevral 2018 - Cəmiyyət

Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən bildirir ki, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
 

İ.Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
 

Qeyd edək ki, İsmayıl Mirzəliyev bundan əvvəl Quba Rayon Mərkəzi Xəstəxanasında işləyib.

Xəbər xətti