“Neftçi” klubunda yeni təyinat

“Neftçi” futbol klubunda yeni təyinat olub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadla xəbər verir ki, Ceyhun Sultanov “Neftçi”nin idman direktoru vəzifəsinə təyin edilib. 1997/1998-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997-ci il), “Dinamo” (1998-2001-ci il), “Maşinsazi” (Təbriz, 2003-2004-cü il), “Bakı” (2004-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2010-cu il), “Kəpəz” (2010-2012-ci il), “Sumqayıt” (2012-ci il), “Qəbələ” (2013-cü il) klublarında da çıxış edib.
 

O, Azərbaycan çempionatının və kubokunun qalibidir. U-21 yığmamızın kapitanı olmuş Ceyhun Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub. Otuz səkkiz yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi, “Sumqayıt”da baş menecer vəzifələrində çalışıb.

Tarix
22 Fevral 2018 [15:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin