Ana səhifə
18 İyun 2018

Nazir Salyanda vətəndaşlarla görüşdü

Ekologiya və Təbii Sərvətlər (ETSN) naziri Hüseyn Bağırov Salyan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Salyan, Neftçala, Cəlilabad və Biləsuvar rayonlarının sakinlərini qəbul edib. 

"Ucnoqta.az" Reporta-a istinadən xəbər verir ki, ETSN-in idarə və departamentlərinin, həmçinin tabeli qurumlarının iştirak etdiyi qəbulda ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, bioresurslar, hidrometeorologiya və s. məsələlərlə bağlı 40-a yaxın vətəndaşın müraciətinə baxılıb.

Görüşdə vətəndaşların müraciət, şikayət və təklifləri dinlənilərək onların aradan qaldırılıması, hərtərəfli öyrənilməsi və araşdırılaraq qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb, bəzi müraciət və şikayətlər araşdırılması məqsədilə nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Tarix
22 Fevral 2018 [12:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin