“Möcüzə mümkündürsə, edəcəyik” - Şenol Güneş

11:54 - 20 Fevral 2018 - İDMAN

Türkiyəni Çempionlar Liqasında təmsil edən “Beşiktaş” bu gün turnirin 1/8 final mərhələsində səfərdə Almaniyanın “Bavariya” klubu ilə qarşılaşacaq.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyundan öncə İstanbul klubunun baş məşqçisi Şenol Güneş mətbuat konfransında matçla bağlı düşüncələrini səsləndirib:
 
““Bavariya” bu mövsüm evində uduzmayan komandadır. Beynəlxalq arenada çıxış edən ən yüksək səviyyədə olan klubdur. Qrup oyunlarında öz oyunumuzu nümayiş etdirərək nəticə qazanmağa çalışdıq. Sabah da elə olacaq. Vurduğumuz qol və qollar bizə üstünlük yaradacaq. Bu çətin olacaq, amma öhdəsindən gəlməyi bacaracaq heyətimiz var. Futbolda hər şey baş verə bilər. Bir sürpriz və möcüzə mümkündürsə, onu etməyə çalışacağıq. Ümid edirəm ki, uğurlu çıxış edəcəyik”.

 
Qeyd edək ki, sözügedən oyun Bakı vaxtıyla saat 23:45-də start götürəcək.

Xəbər xətti