Ana səhifə
18 Dekabr 2018

Ramil Usubov DTX-nın işinə mane olan yol polisini işdən qovdu

Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı Anar Mansurov daxili işlər orqanlarından xaric edilib.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

"Ucnoqta.az"  “Ölkə.Az”a DİN-dən verilən məlumata istinadən bildirir ki, buna səbəb Anar Mansurovun xidmətdə yol verdiyi ciddi qüsur olub. Belə ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Qazax rayonunda terrorçuluğa qarşı mübarizə tədbiri çərçivəsində əməliyyat keçirən zaman Anar Mansurov xidmətə yaraşmayan hərəkətlərlə əməliyyata maneçilik törədib. Əməliyyatdan sonra onunla bağlı DİN rəhbərliyinə müraciət edilib. Müraciət araşdırıldıqdan sonra DYP zabiti işdən qovulub.

Tarix
19 Fevral 2018 [12:14]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin