"Real"dan belçikalı ulduza 200 milyonluq TƏKLİF

“Real”ın prezidenti Florentino Peres yayda komandanın heyətini gücləndirmək niyyətindədi.

"Ucnoqta.az" Apasport.az-a istinadən xəbər verir ki, Madrid klubunun rəhbərinin transfer etmək istədiyi ilk futbolçu “Mançester Siti”nin üzvü Kevin De Bruynedi.
 
“Qalaktikos” belçikalı yarımmüdafiəçiyə görə 200 milyon avro xərcləməyə hazırdı. İspanlar indidən “Mançester Siti” rəhbərliyi ilə danışıqlara start veriblər.
 
De Bruyne “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın ən çox güvəndiyi futbolçulardandı. Bu mənada, təcrübəli çalışdırıcının keçidə razı olmayacağı məlumdu. Bununla belə, “Real”ın fantastik təklif irəli sürməsi ingilisləri fikirlərindən daşındıra bilər.
 
Qeyd edək ki, karyerası ərzində “Genk”, “Çelsi”, “Verder” və “Volfsburq” klublarında da oynamış Kevin De Bruyne 2015-ci ildən “Mançester Siti”nin formasını geyinir. O, hazırkı komandasında 125 oyunda 34 qola imza atıb.
 

Tarix
19 Fevral 2018 [20:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2018-02-19 20:04:39
Foto
Video
Çox oxunanlar
Sorğu
Orta məktəbdə təhsil sizi qane edirmi?
 bəli
 bilmirəm
 xeyr
 qismən
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin