Ana səhifə
24 İyun 2018

Dəhşətli yanğında ölən azərbaycanlıların sayı 5-ə çatdı

Rusiyanın Orenburq şəhərində yanğın nəticəsində yaralananlar azərbaycanlılardan biri xəstəxanada ölüb.
 
 
Bu barədə APA-nın Rusiya bürosuna Orenburqdakı Azərbaycan icmasının rəhbəri Yaşar Məsimov bildirib.
 
Fevralın 12-də Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində baş verən yanğın nəticəsində ağır yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü Quliyeva Sədaqət Eysevər qızı bu gün xəstəxanada ölüb. Diaspor rəhbəri yanğın nəticəsində yaralanan şəxslərdən hazırda dörd nəfərinin xəstəxanada olduğunu, onlardan 82 yaşlı İzzət Quliyevanın vəziyyətinin olduqca ağır olduğunu söyləyib.
 
Qeyd edək ki,  fevralın 12-də günorta saatlarında Orenburq şəhərinin Salmışskaya küçəsi 58/1 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yanğın baş verib. Nəticədə 1980-ci il təvəllüdlü Quliyev Hatəm (Namiq) Akif oğlu, onun 3 yaşlı qızı Leyla və 6 yaşlı oğlu Eysevər, 1967-ci il təvəllüdlü Qabil Qarayev ölüblər. Yanğın zamanı  2009-cu il təvəllüdlü Sevinc Quliyeva, 1995-ci il təvəllüdlü Aytən Quliyeva, 1969-cu il təvəllüdlü Sevinc Quliyeva və 1936-cı il təvəllüdlü İzzət Quliyeva, o cümlədən 1992-ci il təvəllüdlü Sədaqət Quluyeva ağır yanıq xəsarəti almışdı.
Tarix
18 Fevral 2018 [17:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin