Sabah hava necə olacaq ? PROQNOZ

13:18 - 17 Fevral 2018 - ÖLKƏ İÇİ

Bakıda və Abşeron yarımadasında sabah gün ərzində arabir yağış yağacağı, axşam bəzi yerlərdə intensivləşəcəyi, gecəyə doğru yarımadanın bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. "Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata istinadən bildirir ki, havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu, nisbi rütubət 90-100 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında isə sabah arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-7, gündüz 0-3 dərəcə şaxta olacağı gözlənilir.

Xəbər xətti