Efiopiyada fövqəladə vəziyyət elan edildi

15:26 - 17 Fevral 2018 - DÜNYA

Efiopiyada fövqəladə vəziyyət elan edilib.
 

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, baş nazir Xaylemariam Desaleqn istefaya gedəcəyini açıqladıqdan sonra belə bir qərar qəbul edilib. Baş nazir ölkədə baş verən siyasi böhran fonunda istefaya gedəcəyinə qərar verib.

 

Efiopiya mətbuatının xəbərinə əsasən, hakim "Efiopiya xalqının İnqilabi-demokratik cəbhəsi" koalisiyası fövqəladə vəziyyət elan etmək barədə qərar qəbul edib.
 

Bir müddət əvvəl Efiopiyada tətil və nümayişlər dalğası başlamışdı. Etirazçılar müxalifət liderlərinin azadlığını tələb edirdilər. Nəticədə isə 6 mindən çox müxalif azadlığa buraxılıb.

Xəbər xətti