BMT Yəməndəki səfirindən narazı qaldı - Yeni səfir göndərdi

10:09 - 17 Fevral 2018 - DÜNYA

BMT-nin Baş katibi Antonio Qutyerreş Yəmənə yeni səfir təyinatı ilə bağlı Təhlükəsizlik Şurasına məlumat verib.

 

“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, yeni səfir ingiltərəli Martin Qriffits təyin edilib.

 

Ondan öncə bu vəzifəni mavritaniyalı İsmayıl Vild Şeyx Əhməd tuturdu.

 

Qeyd edək ki, BMT  2015-ci ildə səfir təyin etdiyi Şeyx Əhmədin Yəməndəki müharibənin sona çatdırılması istiqamətində səylərini nəticəsiz hesab edib və onun səlahiyyət müddətini uzatmayıb.

Xəbər xətti