Azərbaycan atleti gümüş medal qazandı

10:00 - 17 Fevral 2018 - İDMAN

Qış mövsümünün prestijli yarışlarından sayılan atletika üzrə Dünya Qış Turunun 5-ci mərhələsi Polşanın Torun şəhərində keçirilib.

 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yarışda üçtəkanla tullanma növündə Azərbaycanı Aleksis Copello təmsil edib.

 

Madrid mərhələsinin 4-cüsü olan Aleksis Torunda 16,89 nəticə göstərərək yarışın gümüş mükafatçısı olub.

Xəbər xətti