Ana səhifə
24 İyun 2018

Supergüclərin silah yarışı: Dünya yeni müharibəyə HAZIRLAŞIR

“Çin və Rusiya ABŞ-ın hərbi hegemonluğuna təhlükə yaradır: hərbi balans sürətlə Şərqə doğru dəyişir”.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Tages-Anzeiger” qəzetində çıxan məqalədə deyilir.
 
Beynəlxalq Strateji Araşdırmalar İnstitunun son hesabatı dəhşətli mənzərəni ortaya qoyur: siyasi təhlükəsizlik sahəsindəki vəziyyət ölkələr arasında get-gedə daha da kəskinləşən münasibətlər və hərbi sektorun genişlənməsi ilə müşahidə olunur”- deyə məqalədə deyilir.

“Hətta, sülhün təhlükə içində olduğu Avropada da silahlanma gedir”-deyə məqalə müəllifi Yanik Viqet yazır. “Məsələn, 2017-ci ildə Avropa öz müdafiə xərclərini 3,6% artırmış və bu göstərici ilə dünyanın ən sürətli artım göstərən regionuna çevrilmişdi. Xərclərin artması təkcə müharibə qorxusu ilə deyil, həm də ABŞ-ın təsirləri ilə bağlıdır. Bundan başqa, 2017-ci ildə ABŞ Avropadakı müdafiə xərclərini 2 dəfə artırıb. ABŞ-ın özü müdafiəyə 600 milyard dollar pul ayırıb. Bu vəsait ilk onluqdakı digər ölkələrin ayırdığı vəsaitdən çoxdur. Lakin Rusiya və xüsusilə Çin Vaşinqtonu sürətlə izləyirlər. Pekin yeni güc mərkəzi kimi öz ambisiyalarını nümayiş etdirmək istəyir. Bu ölkənin ordusunun inkişafı və silahlanma tempi beynəlxalq hesabatlarda yüksək qiymətləndirilir. Hesabatda Rusiyanın hələ də Şərqi və Şimali Avropa ölkələrinin suverenliyinə ciddi təhlükə törətdiyi, Moskvanın qərb sərhədində texnika və canlı qüvvəsinin sayını artırdığını yazır. Krımın ilhaqından sonra Qərb Moskvanın artan hərbi potensialına hələ də effektiv cavab tapa bilməyib2.
Viqet supergüclərin yeni hərbi toqquşmasının qarşısını almağın mümkünlüyündən danışır. Onun fikrincə, ABŞ, Çin və Rusiya öz nüvə arsenalını modernləşdirməklə həmin günə hazır olmaq istəyir.  

Tarix
17 Fevral 2018 [00:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin