Ana səhifə
20 İyun 2018

“Rəsmi maaşı 230 manat idi, amma 25 min alırdı”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə şahidlər ifadə verib.
 

Xalidə Məmmədova deyib ki, klinikada mama-genekoloq işləyib: "Hazırda Gömrük Xidmətinin hospitalında işləyirəm. Hamilə qadınlar qeydiyyata düşürdü, müayinə olunurdu. Doğuşdan öncə kassaya pul köçürürdü, biz də əməliyyat edirdik. Nə qədər maaş aldığım yadmda deyil. Xəstənin sayından asılı idi. Ödənişin 50 faizi bizə verilirdi. Hər ayın sonunda kassada Nadya xanımdan pulu götürürdüm. Aylıq qazancım 7-12 min manat olurdu”. 
 

Məhkəmədə bildirilib ki, X.Məmmədovanın rəsmi maaşı 230 manat olub, reallıqda isə aylıq 25 min manat alıb.
 

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. 
 

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. 

Tarix
16 Fevral 2018 [14:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin