Hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

13:08 - 16 Fevral 2018 - ÖLKƏ İÇİ

 Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək.

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a verilən məlumata istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-i axşamdan 19-u səhərədək arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Fevralın 18-dən 19-u gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. 

Xəbər xətti