Türkiyədən ABŞ-la bağlı sərt açıqlama

14:07 - 12 Fevral 2018 - DÜNYA

Türkiyənin xarici işlər naziri Mevlud Çavuşoğlu jurnalistlərə vacib açıqlamalar verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, türk nazirin hədəfi ABŞ olub.

Çavuşoğlu ABŞ ilə münasibətlərin pozula biləcəyinə eyham vurub və deyib:

"ABŞ-dan gözlədiklərimiz açıqdır və dəqiqdir. Bunu özlərinə də bildirdik. Vəd yox, konkret addımların atılmasını istəyirik. Müəyyən mövzuların yenidən müzakirəsi üçün etibarın yenidən təmin edilməsi lazımdır. Türkiyə heç bir dostuna qarşı səhv addım atmaz. Amma müttəfiqimiz ABŞ tərəfindən çox ciddi səhvlərlə qarşılaşdıq: FETÖ, YPG və başqa mövzularda. ABŞ verdiyi sözə əməl etməyib. Bu səbəbdən ABŞ-a olan etibarımızı itirməyimiz normaldır. Münasibətlərimiz çox kritik nöqtədədir. Ya düzələcək, ya da tamamilə bitəcək".

Xəbər xətti