Kadir İnanırın beyninə qan sızdı - Reanimasiyadadır

10:11 - 12 Fevral 2018 - MAQAZİN

Türkiyənin məşhur aktyoru, “Yeşilçam” ulduzu Kadir İnanır xəstəxanaya yerləşdirilib.

"Ucnoqta.az"  “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun beyninə qan sızdığı məlum olub. 

Aktyor yaxınları tərəfindən özəl xəstəxanalardan birinə aparılıb.  Həkimlər təcili olaraq İnanırı əməliyyat ediblər. 

Kino və serial ulduzu reanimasiyaya yerləşdirilib və müalicəsi davam edir.  

Xəbər xətti