Ana səhifə
25 Fevral 2018

Astaradan Moskvaya sərnişin qatarı işləyə bilər

"Astara-Moskva sərnişin qatarı ilə bağlı həm Rusiya, həm də İrana təklif vermişik. İran tərəfi buna hazırdır". 

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə Rusiya tərəfinə məxsus qatarlardan istifadədə maraqlıdır: "Biz istəmirik ki, bu istiqamətdə öz qatarlarımızı istifadə edək. Rusiya qatarlarının istifadəsini istəyirik. Bizdə Astaradan Bakıya elektrik qatarı işləyəcək. Bu, sürətli qatar formasında ola bilər. Bununla da, həmin yolu getmək üçün müddət 4-5 saata endiriləcək".

C.Qurbanov həmçinin bildirib ki, Bakıətrafı və regionlara yeni dəmir yolu xətlərinin çəkilişi dövlət büdcəsindən ayrılacaq vəsait hesabına həyata keçiriləcək: "Bu il üçün bizə 369 mln. manat investisiya ayrılıb. Bunun 100 mln. manatı Bakıətrafı yollar üçündür".

Tarix
9 Fevral 2018 [13:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ