Ana səhifə
22 Fevral 2018

Bu gün Olimpiya Oyunlarının Açılış mərasimi keçiriləcək

Bu gün Cənubi Koreyanın Pxençxan şəhərində XXIII Qış Olimpiya Oyunlarının Açılış mərasimi keçiriləcək.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Olimpiya Stadionunda baş tutacaq tədbir Bakı vaxtı ilə saat 15:00-da start götürəcək. Oyunlarda Azərbaycanın nümayəndə heyətinə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə rəhbərlik edəcək. Onunla yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un baş katibinin müavini Azər Əliyev, Azərbaycanın şef de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov və digər şəxslər Pxençxana yollanıblar.

Açılış mərasimində bayraqdar funksiyasını Azərbaycanın yeganə təmsilçisi Patrik Braxner yerinə yetirəcək. O, dağ xizəyi idmanında slalom və böyük slalom yarışlarına qatılacaq.

Ümumilikdə rekord sayda - 92 ölkənin iştirak edəcəyi Qış Olimpiya Oyunlarında 2902 idmançı öz qüvvəsini sınayacaq. Onlar 7 növ və 15 istiqamət üzrə 102 dəst medal uğrunda mübarizə aparacaqlar.

Oyunlara ən geniş heyətlə ABŞ gəlib – 242 idmançı. Kanada ikinci (226), İsveçrə üçüncüdür (169). Ev sahibləri isə 122 idmançı ilə təmsil olunacaqlar. Həmçinin, Rusiyanın 168 idmançısı dopinq qalmaqalına görə Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında mübarizə aparacaq.
Pxençxanda 6 ölkə Qış Olimpiya Oyunlarlnda debüt edəcək. Bunlar Kosovo, Ekvador, Nigeriya, Eritreya, Malayziya və Sinqapurdur. Olimpiadanın rəsmi talismanı ağ pələng Suxoranq, qara ayı Pandabidir.

Qeyd edək ki, XXIII Qış Olimpiya Oyunlarının Bağlanış mərasimi fevralın 25-də keçiriləcək.

Tarix
9 Fevral 2018 [09:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ