Ana səhifə
18 Fevral 2018

Mahir Şükürov 1 milyondan imtina etdi

Azərbaycan millisinin sabiq üzvü Mahir Şükürov Türkiyənin “Karşıyaka” klubu ilə problemini yoluna qoyub.


"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, yığmamızın keçmiş müdafiəçisi qardaş ölkə klubu ilə ona olan borcları məsələsində razılığa gəlib.

 

Bu barədə klub prezidentinin vəkili Gökhan Şensan məlumat verib. O bildirib ki, 2014/2015-ci il mövsümündə komandalarında oynayan Şükürova 1,5 milyon lirə borcları olub. Lakin əldə olunan razılığa görə Mahir 1 milyon türk lirəsindən imtina edib. Klub ona yalnız 500 min lirə ödəyəcək:

 

“Biz Mahirə 500 min lirə ödəyərək bu gün silinməli olan xallarımızın qarşısını kəsdik. Şükürova bu hərəkətinə görə çox təşəkkür edirəm. İdman həyatında uğurlar arzulayırıq”.

Tarix
6 Fevral 2018 [15:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ